Qattuzo gürcü qapıçının Azərbaycan klubuna keçidinə əngəl oldu
23 avqust 2014 00:30
Futbol üzrə Gürcüstan yığmasının qapıçısı Georgi Loriya karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Azerisport.az xəbər verir ki, o, bu barədə Yunanıstan mətbuatına özü məlumat verib.
Bu ölkənin OFİ klubuna keçən gürcü qolkiper bunları söyləyib: "Azərbaycan klublarından biri mənə təklif göndərmişdi. Başqa variantlar da var idi. Amma mənim üçün OFİ variantı daha cəlbedici göründü. Çünki klub prezidenti şəxsən baş məşqçi Cennaro Qattuzonun məni komandada görmək istədiyini açıqlamışdı. Çox düşünmədən, bu kluba keçməyə qərar verdim".