Niko Kovaç Azərbaycanı münasib rəqib saymır
Futbol üzrə Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində H qrupunda yer almış rəqiblərlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Azərbaycan yığmasının da yer aldığı bu qrupla bağlı bunları söyləyib:
"Biz heç də adi olmayan tsikl gözləyir. İtaliyalılar sonuncu DÇ-də oynayıblar, bolqarlar pley-offun bir addımlığında dayanıblar, Norveçin yenilənmiş komandası var, Azərbaycan kifayət qədər qeyri-münasib rəqibdi. Amma bütün bunlara baxmayaraq, hədəfimiz AÇ-nin final mərhələsinə vəsiqə qazanmaqdı. Gələcəyə nikbin yanaşırıq. Kəşfiyyatçılarımız rəqib komandaların oyunlarını izləyiblər. Ümid edirəm ki, komandadakı gənc və təcrübəli futbolçuların sintezindən düzgün yararlanıb istəyimizə çata biləcəyik".