"Qarabağ və Neftçinin oyunları Özbəkistanla görüşdən daha vacibdi"
23 avqust 2014 11:30
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun Topaz Premyer Liqasının oyunlarının təxirə salınmasına dair etirazına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Foqts öz fikrini səsləndirib, buna hörmətlə yanaşmaq lazımdı. Amma etiraf etmək lazımdı ki, bu gün bizim komandalar üç günlük fasilə oyun keçirmək çox çətindi. Məsələn, çempionat oyunlarında hansısa futbolçular zədələnə bilər, yorğun olacaqlar. "Qarabağ"la "Neftçi" isə Avropa Liqasının qrup mərhələsinə çıxmaq üçün mübarizə aparır, hər ikisi bu hədəfə çatmağa çox yaxındı. Mənə elə gəlir ki, bizim bu iki klubun oyunları yığmamızın Özbəkistanla oyunundan daha vacibdi".