Muntyanu: Öz oyunumuzu tətbiq etdik və qələbə qazandıq
23 avqust 2014 20:20
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin rumıniyalı çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İlk növbədə komandamı təbrik etmək istəyirəm. Hava çox isti idi. Futbolçularımız bu istiyə dözərək, sona qədər mübarizə apardılar. “Bakı” ilk hissədə bizə heç bir qol imkanı vermədi. Amma ikinci hissədə öz oyunumuzu tətbiq etdik və qələbə qazandıq. Qarşıdakı oyunlarda daha yaxşı futbol oynamağa çalışacağıq. Dodo artıq 3 gündü ki, əsas komandadadı, bizimlə davam edəcək. Hesab edirəm ki, Dodo əvəzedici heyətdə keçirdiyi vaxtda səhvlərini dərk edib”.