Neftçi Partizanla mərkəzi arenada qarşılaşmaqdan imtina edə bilər
23 avqust 2014 00:40
"Neftçi" Avropa Liqasının pley-off mərhələsi çərçivəsindəki rəqibi "Partizan"la cavab oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirməlidi. Lakin azerisport.az xəbər verir ki, paytaxt klubu mərkəzi arenada oynamaqdan imtina edə bilər.
Buna səbəb sözügedən stadionun qazonunun ideal vəziyyətdə olmamasıdı. Klub rəsmiləri qazona baxış keçirməyə hazırlaşırlar. Əgər vəziyyət düzəlməsə, "Neftçi" digər rəqibləri kimi, "Partizan"ı da "Bakcell Arena"da qəbul etməli olacaq.