Deyan Blajevski: Qələbə üçün oynayacağıq
23 avqust 2014 13:00
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Deyan Blajevski Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində qarşılaşacaqları "Simurq"la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, bizim üçün vacib oyundu. Qələbə üçün oynayacağıq. Əlbəttə, rəqibimiz güclüdü. Amma biz uğurlu nəticə qazanmağa borcluyuq. Ona görə də meydana ancaq qələbə üçün çıxacağıq".