Robert Şilder: Hollandiyada Qarabağ da qalib gələ bilər
22 avqust 2014 12:00
Hollandiyanın "Tvente" klubunun futbolçusu Robert Şilder Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, qolsuz başa çatan qarşılaşmanı belə şərh edib:
"Qarabağ" güclü komandadı. Bilirdik ki, belə oynayacaqlar. Bakıya qələbə üçün gəlmişdik, 0:0 üçün yox. Sadəcə, sizin klub çox güclü oynadı. "Qarabağ" cavab oyununda qələbə qazana bilər".