Stamenkoviç: 2:0 öndə olduğun oyunu uduzmaq olmaz
22 avqust 2014 11:45
"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ına qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:3 hesablı məğlubiyyətini belə şərh edib:
"Partizan"ın futbolçu və məşqçi heyətinə təşəkkür edirəm. Onlar yaxşı oyun sərgilədilər. Məğlubiyyətə baxmayaraq, bizim mərhələ keçmək şansımız var. Amma bu nəticədən narazıyıq. Çünki 2:0 öndə olduğun oyunda uduzmaq olmaz".