"Neftçi ilə oyunda təzyiq altında idik"
22 avqust 2014 18:45
Serbiyanın "Partizan" klubunun futbolçusu Petr Qrbiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 3:2 hesablı qələbəsini belə şərh edib:
"Şadam ki, oyunda dönüş yarada, qələbə qazana bildik. Böyük təzyiq altındaydıq. Bu da yəqin ki, oyunun əvvvəlində buraxdığımız qollara görədi. Yaxşı ki, qələbə qazandıq. Baxmayaraq ki, o qədər də inamlı qələbə olmadı".