Mehdiyev Türkiyə klubunda nömrə seçimini etdi
22 avqust 2014 18:15
Türkiyənin "Girəsunspor" klubu yeni mövsüm üçün futbolçularının forma nömrələrinin siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, bu komandada çıxış edən azərbaycanlı futbolçu Ayaz Mediyev də nömrə seçimini edib.
21 yaşlı yarımmüdafiəçi 25 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, Mehdiyev PTT 1-ci Liqa təmsilçisinə ötən ay keçib.