Azərbaycan - Bolqarıstan matçının biletləri artıq satışdadı
22 avqust 2014 17:25
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri "Bakcell Arena"nın kassalarında, 28 Mall Ticarət Mərkəzində və Nizami küçəsi 123 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündü.
Qarşılaşmanın biletlərinin qiyməti 2, 4 və 20 AZN-di. (AFFA)