Simurqun XL hazırlığı
22 avqust 2014 16:15
Topaz Premyer Liqasıın 3-cü turunda "Xəzər Lənkəran"la üz-üzə gələcək "Simurq" bu oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, dünən axşam saatlarında növbəti məşqinə çıxan Zaqatala təmsilçisi əsasən taktiki ağırlıqlı çalışmaları yerinə yetirib.
Yığmanın düşərgəsində olan futbolçuların da geri qayıtmasından sonra komanda yenidən hazırlıqları tam heyətdə davam etdirib. Hazırda zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirən amillərdəndi.
Qeyd edək ki, "Simurq" sabah son məşqinə çıxacaq. Komanda bundan sonra istirahətə çəkilərək, qarşılaşmanın başlama vaxtını gözləyəcək. Görüş avqustun 24-də saat 19:00-da start götürəcək və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.