AZAL-ın qapıçısı yığmaya çağırıldı
22 avqust 2014 16:05
AZAL-ın qapıçısı Stanislav Namaşko ölkəsinin yığmasına dəvət olunub. Azersport.az xəbər verir ki, Moldova millisinin qolkiperi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində açıqlanmış geniş heyətdə yer alıb.
Qeyd edək ki, moldovalılar seçmə mərhələnin ilk oyununda Monteneqro ilə qarşılaşacaqlar. Bu oyun sentyabrın 8-də keçiriləcək.