Muarem: Stadionun ot örtüyü pis vəziyyətdə idi
22 avqust 2014 15:05
"Qarabağ"ın futbolçusu Muarem Muarem Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"si ilə görüşdə qolsuz bərabərliyin səbəblərindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Stadionun ot örtüyü pis vəziyyətdə idi. Bir həftə əvvəl ot örtüyü belə olduğu üçün çempionat matçını başqa yerdə oynadıq. Vəziyyətin düzələcəyini gözləyirdik. Ümumilikdə, yaxşı oynadıq. Qol vura bilməsək də, şanslarımız qalır. Hollandiyada qol vurmaqla qrup mərhələsinə vəsiqə qazanmaq olar. "Qarabağ"ın taleyi öz əlindədi. Biz sona qədər mübarizə aparacağıq".