Mərkəzi arenanın qazonuna bundan sonra ingilislər nəzarət edəcək
22 avqust 2014 14:50
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov bundan sonra ot örtüyünün yaxşı saxlanması üçün İngiltərə şirkətiylə çalışacaqlarını bildirib. Azerisport.az saytına açıqlamasında o, uzun müddət işlədikləri Bolqarıstan şirkətiylə artıq çalışmayacaqlarını bəyan edib:
"Bolqarlarla müqaviləmiz başa çatdı. Həmin müqavilə artırılmayacaq. Biz Borislav Kolevlə işləyirdik. İngiltərədən olan mütəxəssislərlə danışıqlar gedir. Stadiona onlar nəzarət edəcək. Kolevin işindən narazı idik. Ot örtüyünün bu hala düşməsi onların işinin nəticəsidi. Tez bir zamanda ot örtüyünün düzəlməsi üçün çalışırıq".