"Partizan - Neftçi cütündə hələ heç nə müəyyənləşməyib"
22 avqust 2014 14:05
Serbiyanın "Partizan" klubunun futbolçusu Voyislav Stankoviç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 3:2 hesablı qələbəsini belə şərh edib:
"Hələ heç nə müəyyənləşməyib. Bakıdakı cavab matçını gözləməliyik. Həmin oyuna köklənməyimiz lazımdı".