Partizanın qapışısı: Neftçi yaxşı komandadı, amma biz onları keçəcəyik
22 avqust 2014 13:40
Serbiyanın "Partizan" klubunun qapıçısı Milan Lukaç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 3:2 hesablı qələbəsini belə şərh edib:
"Bizim yeganə çatışmazlığımız oyunun ilk 20 dəqiqəsində oyuna konsentrasiya ola bilməməyimiz idi. Amma sonradan özümü toparlayıb, xarakter nümayiş etdirə bildik. Çoxlu qol vəziyyətləri yaratdıq və sonda qalib gəldik. Əsas nəticədi. "Neftçi" yaxşı komandadı. Amma fikrimcə, növbəti mərhələyə biz keçəcəyik".