"0:0 səfər oyunu üçün yaxşı nəticədi"
22 avqust 2014 01:25
Hollandiyanın "Tvente" klubunun futbolçusu Hakim Ziyex Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qolsuz başa çatan qarşılaşmanı belə şərh edib:
"0:0 səfər oyunu üçün yaxşı nəticədi. Qolsuz heç-heçə həmişə yaxşı şans yaradır. Növbəti həftə öz azarkeşlərimiz qarşısında oynayacağıq. Ümid edirəm ki, onlar da azərbacanlı azarkeşlər kimi fəal olacaqlar".