Qarabağ PFL-dən Araz Naxçıvanla matçın təxirə salınmasını xahiş etdi
22 avqust 2014 13:05
"Qarabağ" klubunun rəhbərliyi Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb. Azerisport.az xəbər verir ki, buna səbəb Ağdam klubunun Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində qarşılaşmalı olduğu "Araz Naxçıvan"la səfər matçının təxirə salınmasına nail olmaqdı.
"Qarabağ"ın məşqçilər korpusu komandada zədəlilərin olmasını nəzərə alaraq, futbolçuların Avropa Liqasının pley-off mərhələsinin Hollandiya "Tvente"si ilə cavab oyununa daha yaxşı hazırlaşmasına nail olmaq üçün çempion oyununa çıxmaq istəmirlər.
Böyük ehtimalla PFL "Qarabağ"a güzəştə gedəcək və Ağdam klubu vacib oyun öncəsi Naxçıvana yollanmayacaq.