Vaqif Cavadov: Yığmamızla həmişə fəxr etmək lazımdı
21 avqust 2014 00:05
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Özbəkistanla yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamızın 0:0 hesablı heç-heçəyə razılaşdığı qarşılaşmadan sonra bunları söyləyib:
"Bacardığımız nə vardısa, etdik. Qələbə qazana bilməsək də, əsas oyun idi. Hansı ki, bizə təcrübə qazandırdı. Pis və yaxşı oynamağımızın da fərqi yoxdu. Yığma ilə həmişə fəxr etmək lazımdı".