Cavadov, Hacıyev və Budak nömrə seçimini etdi
21 avqust 2014 20:25
Türkiyənin "Qaziantep BB" klubu yeni mövsüm üçün futbolçularının forma nömrələrinin siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, bu komandada çıxış edən azərbaycanlı futbolçuların da nömrə seçimi müəyyənləşib.
Belə ki, Vaqif Cavadov 7, Rəhman Hacıyev 9, Ufuk Budak isə 90 nömrəli forma ilə çıxış edəcək.