Samir Əliyev: Ümid edirəm ki, Qarabağla Neftçi qrup mərhələsinə çıxacaq
21 avqust 2014 18:20
Bu gün Azərbaycanın Avropa Liqasındakı təmsilçiləri "Qarabağ"la "Neftçi" pley-off mərhələsi çərçivəsində ilk sınağına çıxacaq. Azerisport.az xəbər verir ki, "Qarabağ" Hollandiya "Tvente"sini qəbul edəcək, "Neftçi" isə Serbiyada "Partizan"ın qonağı olacaq.
Saytımıza açıqlama verən yığmamızın və "Neftçi"nin sabiq hücumçusu Samir Əliyev klublarımızın ilk oyunlardakı şanslarını dəyərləndirib: "Hər iki komandamıza çətin olacaq. Amma ümid edirəm ki, onlar qrup mərhələsinə vəsiqə qazana biləcəklər. Hollandların, serblərin nəyə qadir olduğunu yaxşı bilirik. Lakin bizim klublar da mərhələ keçəcək gücdədilər. Mümkünsüz heç nə yoxdu. "Neftçi"yə Karlos Kardososuz çətin olacaq. Amma əvəzolunmaz futbolçu yoxdu".