Abatsiyev: Foqts nəyisə izah etməyə borclu deyil
21 avqust 2014 17:10
"İnter"in yarımmüdafiəçisi Abdulla Abatsiyev Azərbaycan yığmasının Özbəkistanla yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oynayacağımı gözləyirdim. Amma meydana buraxılmamağımı da normal qarşıladım. Baş məşqçi məni niyə oynatmadığını açıqlamadı. Heç buna borclu da deyil. Yəqin ki, digər oyunçuları yoxlama istəyirdi. Amma bir oyunla mühakimə yürütmək olmaz. Əgər klubumda mütəmadi oynasam, fikrimcə, yenidən yığmaya dəvət olunaram".