Foqts Qarabağın, Qurbanov Neftçinin oyununu izləyəcək
21 avqust 2014 14:20
UEFA Avropa Liqasının play-of mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" (Hollandiya) oyununu Azərbaycanın milli komandasının baş məşqçisi Berti Foqts da izləyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək "Partizan" - "Neftçi" qarşılaşmasını isə millinin məşqçisi Mahmud Qurbanov izləyəcək.