Nikoliç: Əsas hədəfimiz qol buraxmamaqdı
21 avqust 2014 01:20
Serbiyanın "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Əsas hədəfimiz qol buraxmamaqdı. "Neftçi"nin səfərdə daha yaxşı oynadığından xəbərimiz var. Buna görə onlara topla daha çox oynamağa imkan verməməliyik".