Fotoreportaj|Video|На русском

Futbol

Azərbaycanın Özbəkistan ilə yubiley qarşılaşması

20 avqust 2014 00:12

Bu gün futbol üzrə Azərbaycan yığması 2014-cü ildə növbəti sınağına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamızın budəfəki rəqibi Özbəkistan yığması olacaq.

Bəribaşdan qeyd edək ki, Özbəkistan Azərbaycan üçün kifayət qədər tanış rəqibdi. Belə ki, millimiz tarixi ərzində artıq bu komanda ilə 9 dəfə qarşılaşıb. Yubiley matçı ərəfəsində Azərbaycanın özbəklər üzərində 4 qələbəsi var. Özbəkistan yığması millimizi iki dəfə üstələyə bilib. Daha 3 oyunda da tərəflər meydanı sülhlə tərk ediblər. Bir qayda olaraq, yoxlama oyunlarında qarşılaşmış komandaların oyunlarında indiyədək bütövlükdə 21 qol vurulub ki, bunlardan 11-i yığmamızın aktivindədi. Qalan 10 qolu isə özbəklər vurublar.

Azərbaycan və Özbəkistan yığmaları arasındakı əvvəlki oyunlar belə nəticələnib:

24 aprel 1998. Bakı. YO. Azərbaycan – Özbəkistan 2:1

18 avqust 1999. Səmərqənd. YO. Özbəkistan – Azərbaycan 5:1

15 fevral 2001. Albena. YO. Özbəkistan – Azərbaycan 2:1

21 avqust 2002. Bakı. YO. Azərbaycan – Özbəkistan 2:0

28 may 2004. Bakı. YO. Azərbaycan – Özbəkistan 3:1

7 fevral 2007. Karşı. YO. Özbəkistan – Azərbaycan 0:0

7 mart 2007. Çimkənd. BT. Özbəkistan – Azərbaycan 0:1

1 fevral 2009. Dubay. YO. Azərbaycan - Özbəkistan 1:1

1 fevral 2013. Dubay. YO.Azərbaycan - Özbəkistan 0:0

Rəqibimiz Asiya təmsilçisi olsa da, zəif komanda sayıla bilməz. Özbəkistan yığması FİFA-nın son reytinq cədvəlində 51-ci yerdə qərarlaşıb. Komandanın hesabında 528 reytinq xalı var. Azərbaycan isə rəqibi ilə müqayisədə bir qədər geridədi. Foqtsun çalışdırdığı yığmamız avqust ayında açıqlanan siyahıda 73-cü olub (413 xal).

Göründüyü kimi, millimiz Asiya təmsilçisinə yuxarıdan aşağı baxa bilməz. Bəlkə də rəqib Asiya qitəsindən olduğuna görə onu zəif hesab edənlər var. Amma nəzərə almaq lazımdı ki, özbəklər son dünya çempionatına vəsiqə qazanmaq uğrunda mübarizə aparırdı və kiçik bəxtsizlik sayəsində mundiala yollana bilmədilər. Ona görə də, bu komanda ilə oyunda futbolçularımızın işi heç də asan olmayacaq.

Bundan əlavə, yığmamız bu görüşə optimal heyətlə çıxmayacaq. Belə ki, "Qarabağ" və "Neftçi"nin futbolçularına dəvət göndərilməyib. Baş məşqçi Berti Foqts bu klubların Avropa Liqasının pley-off mərhələsində vacib oyunlara çıxmasını nəzərə alaraq, aparıcı futbolçuları yığmaya çağırmayıb. Əvəzində hazırkı heyətdə xeyli yeni futbolçu var ki, onlar bu gün sınaqdan keçirilə bilərlər. Mümkündü ki, bu gənclər özlərini göstərmək üçün gözləniləndən yaxşı çıxış etməklə bizi təəccübləndirsinlər.

Qeyd edək ki, bu qarşılaşma yığmamızın AÇ-2016-nın seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır. Düzdü, çoxları düşünə bilər ki, Özbəkistan İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta ilə müqayisədə çox da güclü komanda deyil və bu görüşün bizə faydası olmayacaq. Amma ümid edək ki, qarşılaşmanın futbolçularımıza faydası çox olacaq və bunun xeyrini seçmə mərhələ zamanı görəcəyik.

Sonda onu da əlavə edək ki, bu, millimizin 2014-cü ildəki üçüncü yoxlama matçıdı. Yığmamızın ilk sınaq matçı Dubay toplanışı çərçivəsində Filippinə qarşı olmuşdu. Komandamız mart ayının 5-də keçirilən görüşdə 1:0 hesabıyla üstün olmuşdu. Mayın 28-də isə San-Fransiskoda yerli ABŞ yığmasının qonağı olan Berti Foqtsun yetirmələri 2 cavabsız qolla uduzmuşdular.

Foqtsun Özbəkistanla oyunda xidmətindən yararlanmaq şansına malik olduğu futbolçuların siyahısını təqdim edirik:

Qapıçılar: Kamran Ağayev (Qəbələ), Səlahət Ağayev (İnter);

Müdafiəçilər: Rasim Ramaldanov (Xəzər Lənkəran), Mahir Şükürov (Karşıyaka, Türkiyə), Elnur Allahverdiyev (Qəbələ), Emin Cəfərquliyev (Araz Naxçıvan), Ufuk Budak (Qaziantep BB, Türkiyə), İlkin Qırtımov (Simurq);

Yarımmüdafiəçilər: Əli Gökdemir (Simurq), Emin Nuri (Kalmar, İsveç), Məhəmməd Mirzəbəyov (İnter), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Ruslan Abışov (Qəbələ), Taşkın İlter (Ayntraxt, Braunşveyq, Almaniya), Abdulla Abasıyev (İnter), Cavid Hüseynov (Qəbələ), Əfran İsmayılov (Xəzər Lənkəran);

Hücumçular: Vaqif Cavadov (Qaziantep BB, Türkiyə), Rauf Əliyev (Xəzər Lənkəran), Cihan Özkara (Sivasspor, Türkiyə), Rüfət Dadaşov (Tsvaybrüken, Almaniya), Toğrul Erat (Fortuna, Düsseldorf, Almaniya), Dmitri Nazarov (Karlsrue, Almaniya), Kiyan Sultanpur (Sumqayıt)

Ehtiyat  oyunçular: Anar Nəzirov (Qəbələ), Ruslan Əmircanov (Qəbələ), Rəşad Sadiqov (Xəzər Lənkəran), Nizami Hacıyev (İnter).

Yoxlama oyunu
20 avqust

21:00. Azərbaycan - Özbəkistan
Bakı. "Bakcell Arena".

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah