Sumqayıt Samir Abasova ciddi xəbərdarlıq etdi
20 avqust 2014 00:01
Məlum olduğu kimi, ötən gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda çıxarılan qərara əsasən, "Sumqayıt" Futbol Klubunun əvəzedici komandasında baş məşqçi vəzifəsini icra edən Samir Abasov 5 oyunluq diskvalifikasiya edilib və klub 2500 AZN məbləğində cəzalandırılıb.
Hadisə ilə bağlı "Sumqayıt" Futbol Klubunda rəhbərliyin iştirakı ilə daxili iclas keçirilib. Toplantıda Abasova ciddi xəbərdarlıq edilib və növbəti belə halların baş verməməsi tapşırığı verilib. (klub saytı)