Tventenin kapitanı Qarabağa qarşı oynamayacaq
20 avqust 2014 11:01
Hollandiyanın "Tvente" klubunun kapitanı Andreas Byelland Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı oynaya bilməyəcək. Azerisport.az xəbər verir ki, o, hazırda zədədən əziyyət çəkir.
Kapitanla yanaşı, komandanın daha bir üzvü - Renato Tapia da eyni problemlə üz-üzədi. Hər iki futbolçunun Ağdam klubuna qarşı forma geyməsi gözlənilmir.