"Bizə Qarabağa qalib gəlmək lazımdı"
20 avqust 2014 21:50
"Hollandiyanın "Tvente" klubunun futbolçusu Lyuk Kostanyos Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
"Rəqibin güclü oyunçuları var. Hollandiyalı futbolçu Leroy Corcu qeyd etmək istərdim. Rəqibə hörmətlə yanaşırıq. Bizi çətin oyun gözləyir. "Qarabağ"ın müdafiəçilərini də tanıyıram. Amma orta sahə oyunçularını xüsusi qeyd edərdim. Sabah bizə qələbə qazanmaq lazımdı. Qol vurub-vurmamağım vacib deyil. Əsas qələbə qazanmaqdı".