Neftçinin rəqibindən daha bir transfer
20 avqust 2014 20:50
“Neftçi”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Partizan” heyətini yeni futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Serbiya təmsilçisi yerli “Rad” klubunun mərkəz müdafiəçisi Lazar Çirkoviçlə anlaşıb.
Bu barədə yerli mətbuata danışan 21 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağladığını deyib.