Qarabağ mərkəzi arenada məşq etmədi
20 avqust 2014 19:45
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah Hollandiyanın "Tvente" klubunu qəbul etməli olan "Qarabağ" bu gün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqə çıxmalı idi. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu məşqi təxirə salıb.
Buna səbəb mərkəzi arenanın ot örtüyünün daha çox korlanmasının qarşısını almaqdı. Məşqçilər korpusu qazonun sabahkı oyuna daha yaxşı vəziyyətdə olmasını istəyir.