Qarabağ - Tvente matçına 15 mindən çox bilet satılıb
20 avqust 2014 18:40
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Tvente" görüşünə bilet satışı davam edir. Azerisport.az saytına verilən son məlumatlara görə, oyuna 15 000-dən çox bilet satılıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına stadionda keçiriləcək oyun saat 21:00-də başlayacaq. Bilet satışı oyunun başlanmasına qədər davam edəcək.