Simurq Xəzər Lənkəran üçün başladı
20 avqust 2014 17:55
Topaz Premyer Liqasının yeni mövsümünə uğurlu start verən "Simurq" bu gündən növbəti turun hazırlıqlarına başlayır. Azerisport.az xəbər verir ki, avqustun 24-də doğma arenada "Xəzər Lənkəran"ı qonaq edəcək Zaqatala təmsilçisi AZAL-la oyundan sonrakı gün bərpa xarakterli məşqə çıxıb.
Daha sonra məşqçilər korpusu yetirmələrinə bir günlük istirahət vermişdi. Bu gündən isə intensiv olaraq yeni turun hazırlıqlarına başlayacaq komanda tam heyətlə məşqləri davam etdirəcək.
Qeyd edək ki, avqustun 24-də keçiriləcək "Simurq" - "Xəzər Lənkəran" qarşılaşması saat 19:00-da start götürəcək. Görüş "İdman Azərbaycan" və "Simurq TV" vasitəsilə canlı yayımlanacaq.