Şəhriyar Əliyev: Qarabağda hələlik, mənə bir az çətindi
20 avqust 2014 17:30
"Qarabağ"ın müdafiəçisi Şəhriyar Əliyev Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "İnter"ə qarşı oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun oldu. Şanslarımız olsa da, qol vura bilmədik. Bu, "Qarabağ"dakı debüt oyunum idi. Qurban Qurbanov sağ olsun ki, mənə də şans yaratdı. Həyəcan yox idi, amma hələ komandaya tam uyğunlaşmamışam. İkinci hissədə əvəzləndim. Yəqin ki, baş məşqçi yorulduğumu hiss etdi. Cəmi bir həftə idi bu komandaya gəlmişdim və onlarla toplanış keçməmişdim. Buna görə də hələ mənə bir qədərə çətindi".