Nikoliç: Neftçi ilə oyunda ən yaxşı keyfiyyətlərimizi nümayiş etdirməliyik
Serbiyanın "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizi çox vacib oyun gözləyir. Fikrimcə, uğurlu nəticə seriyamızı davam etdirəcək, Avroliqanın qrup mərhələsinə vəsiqə qazana biləcək gücdəyik. Təəssüf ki, Çempionlar Liqasında çıxışımız uğurlu alınmadı. Amma biz avrokuboklardakı yolumuza davam edə bilərik".
"Komandada yaxşı atmosfer hökm sürür. Uşaqların məşqlərdəki çalışmasından xoşum gəlir, hər şeydən razıyam. Biz bu rəqiblə oyunda ən yaxşı keyfiyyətlərimizi göstərməliyik".
"Maliyyə problemlərimizi həll edəcəyik. Əminəm ki, bunlar "Neftçi" ilə oyunumuza təsir göstərməyəcək. Rəqibi yaxşı analiz etmişik. Öyrəndiklərimizi sabah meydanda tətbiq etməliyik".