Hacıyev serb jurnalistlərin suallarını cavablandıracaq
20 avqust 2014 16:00
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ının qonağı olacaq "Neftçi" bu gün səfər oyunu öncəsi sözügedən ölkədə son məşqinə çıxacaq. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın məşqi Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Oyunun keçiriləcəyi "Partizan" stadionunda baş tutacaq məşqdən yarım saat öncə isə baş məşqçi Böyükağa Hacıyev yerli jurnalistlər üçün mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, "Partizan" - "Neftçi" oyunu sabah - avqustun 21-də keçiriləcək və saat 23:15-də start götürəcək.