Kanales Partizana qarşı oynaya biləcək
20 avqust 2014 14:25
Sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Partizan”la qarşılaşacaq “Neftçi”yə Nikolas Kanaleslə bağlı şad xəbər gəlib. Azerisport.az xəbər verir ki, artıq Çili Futbol Federasiyası təcrübəli hücumçunun transfer vərəqəsini kluba göndərib.
Bununla da, Kanalesin “Partizan”la görüşdə meydana çıxması üçün heç bir problem qalmayıb. Baş məşqçi Böyükağa Hacıyev forvarda şans verəcəyi təqdirdə o, komandasına kömək edə biləcək.