Maksim Medvedev Tvente ilə oyunda meydana çıxa bilər
20 avqust 2014 13:50
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev zədəsini sağaldıb. Azerisport.az xəbər verir ki, artıq komanda ilə birgə məşq edən futbolçunun Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"sinə qarşı oyunda meydana çıxması da mümkündü.
Amma bu, baş məşqçi Qurban Qurbanovun qərarından asılı olacaq. Həkimlər də futbolçu ilə bağlı yekun qərarı məhz sabah verəcəklər.
Qeyd edək ki, "Qarabağ" - "Tvente" matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.