Ramazanov: Qarabağ Tventeni keçə bilər
Veteran futbolçu Zaur Ramazanov "Neftçi" ilə "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki şanslarını qiymətləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki komandanın şansları yüksəkdi. Onlar qrup mərhələsinə vəsiqə qazanmağa qadirdilər. Hər ikisinə uğur arzulayıram. "Qarabağ"ın qrup mərhələsinə vəsiqə qazanmasını lap çox arzulayıram. Bu komandada oynamışam və onların son illər qazandıqları nəticələr azarkeşlərinin sayını artırıb. "Qarabağ" "Zalsburq"la da yaxşı mübarizə sərgilədi. Rəqibin təcrübəsi yekun nəticədə özünü göstərdi. "Tvente" əvvəlki "Tvente" deyil. Buna görə "Qarabağ"ın uğur qazanması üçün azarkeşlik edəcəm. Çox istərdim ki, komanda və məşqçilər korpusu son illər çəkdikləri zəhmətin bəhrəsini görsün".