Foqts futbolçulara qadağa qoydu
19 avqust 2014 19:20
Futbol üzrə Azərbaycan yığması bu gün Özbəkistanla yoxlama oyunu öncəsi son məşqə çıxıb. Azerisport.az xəbər verir ki, öncədən bu məşqin azarkeşlər və mətbuat üçün açıq olduğu bildirilmişdi.
Belə ki, jurnalistlər məşq zamanı istədiyi futbolçulardan açıqlama və müsahibə ala bilərdilər. Amma baş məşqçi Berti Foqts buna qadağa qoyub. Əvvəlki günlərdən fərqli, bu gün o, yetirmələrinin jurnalistlərlə danışmasına razı olmayıb.