Foqts Cihan Özkaraya son şans verdi
19 avqust 2014 18:15
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Türkiyənin "Sivasspor" klubunun hücumçusu Cihan Özkaradan narazıdı. Azerisport.az xəbər verir ki, o, bu futbolçuya son şans verdiyini açıqlayıb:
"Ona son şansı vermişəm. Məşqlərdə çox yaxşı çalışır. Amma oyunlarda sanki zədə almaqdan çəkinir. Onunla danışmışam. Ümid edirəm ki, məni başa düşəcək".