Böyükağa Hacıyev: Bizə qrup mərhələsinə vəsiqə lazımdı
19 avqust 2014 17:55
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ına qarşı keçirəcəkləri ilk oyun haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqibin bir neçə oyununa baxmışam. Yaxşı icracıları var. Kifayət qədər təcrübəli komandadı. Biz onlarla qrup mərhələsində mübarizə aparanda iki dəfə görüşmüşük. Demək olar ki, rəqiblər bir-birinə tanışdı. Sadəcə, hər komandada bəzi futbolçular dəyişib. "Neftçi"nin məqsədi hamıya məlumdu. Komandamız qrup mərhələsinə düşmək istəyir. Bunun üçün var gücümüzlə oynayacayıq. Bizə iki oyunun nəticəsinə görə istəyimizə çatmaq lazımdı".