Reynaldo Tvente ilə oyun haqda danışmaq istəmir
19 avqust 2014 17:40
"Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"sinə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məşqlərimi davam etdirirəm. Qarşıdakı vacib oyunumuza hazırlaşıram. Amma "Tvente" ilə oyun haqda çox danışmaq istəmirəm. Tam olaraq bu oyuna köklənmək istəyirəm".