Muntyanu: Dodonun psixoloji durumu qaydasında deyil
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu yarımmüdafiəçi Dodonun əsas komandaya qayıtmaq perspektivini dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, əvəzedici komandaya göndərdiyi braziliyalı futbolçu ilə bağlı bunları söyləyib:
"Toplanış zamanı baş verən olayı nəzərə alsaq, o, hazırda əsas komandanın futbolçusu deyil. Buna görə də onun əsas heyətə dönüşü haqda danışmaq tezdi. "Araz Naxçıvan"la oyunda baş verən olay bir daha göstərir ki, Dodo psixoloji baxımdan qaydasında deyil. Onun ilk növbədə özü ilə bacarması lazımdı. Başa düşməlidi ki, Hollandiyada niyə elə oldu, əvəzedici komandada niyə belə hərəkət etdi. Buna görə də biz heç onun əsas komandaya dönüşü məsələsinə baxmırıq. Baxmayaraq ki, əvəzedici komandada verilən cəza Premyer Liqaya aid deyil. Mümkündü ki, zaman keçdikcə öz səhvini başa düşər və biz onun geri qayıtmasına baxarıq. Amma hazırda bu məsələ heç müzakirə mövzusu da deyil".