Qarabağ və Neftçinin oyunlarının keçirilmə tarixi dəyişdirildi
19 avqust 2014 15:10
“Qarabağ” və “Neftçi” klublarının Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını 21 avqust 2014-cü il tarixində keçirilməsi səbəbindən və klubların PFL-ə müraciətini nəzərə alaraq təqvimdə dəyişikliklər edilib. Azerisprt.az xəbər verir ki, Topaz Premyer Liqasının 3-cü turunun “Ara Naxçıvan” – “Qarabağ” matçı 23 avqust 2014-cü il tarixindən 24 avqust 2014-cü il tarixinə keçirilib.
Bu komandaların əvəzedici heyətləri arasındakı matç isə 24 avqust 2014-cü il tarixində keçiriləcək.
Topaz Premyer Liqasının 3-cü turunun AZAL – “Neftçi” matçı 24 avqust 2014-cü il tarixindən 25 avqust 2014-cü il tarixinə dəyişdirilib. (PFL)