Öncə Qurbanov, sonra Şreyder
19 avqust 2014 14:45
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la Hollandiya "Tvente"si arasında baş tutacaq ilk oyun öncəsi baş məşqçilərin mətbuat konfransları keçiriləcək. Azerisport.az xəbər verir ki, ağdamlıların baş məşçqisi Qurban Qurbanovun mətbuat konfransı sabah 19:30-da start götürəcək.
Bundan yarım saat sonra isə komandanın son məşqi başlayacaq.
Rəqibin çalışdırıcısı Alfred Şreyder isə 20:30-da jurnalistlərin suallarını cavablayacaq. 21:00-da da Hollandiya klubu Bakıda son hazırlıq məşqinə çıxacaq.
Qeyd edək ki, bütün bu tədbirlər oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.