Neftçi Belqrada çatdı
19 avqust 2014 14:25
Azərbaycan Kubokunun qalibi "Neftçi" artıq Serbiyadadı. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində bu ölkənin "Partizan" klubu ilə qarşılaşmalı olan təmsilçimiz bu gün səhər saatlarında Belqrada çatıb.
Çilili hücumçu Nikolas Kanales də komanda ilə birgə səfərə yollanıb. Kiçik zədəsi olan Bruno Bertuççi də Belqrada yollanıb. Amma onların oynayacağı hələ tam dəqiqləşməyib.
Qeyd edək ki, "Partizan" - "Neftçi" matçı avqustun 21-də keçiriləcək və saat 23:15-də start götürəcək.