Zaur Axundov: Bu qərar milli komandaya da aiddi
2 avqust 2014 01:07
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov ölkə çempionu "Araz"ın legionerlərdən imtinasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Araz" UEFA Kubokunun bürünc medalçısı olan kimi, biz ölkə futzalındakı siyasəti dəyişməyə qərara aldıq. Bundan sonra ancaq yerli və gənc oyunçulara üstünlük verəcəyik. Bu qərar eyni zamanda Azərbaycan yığmasına da aiddi. Hər iki komandada yalnız qapıçı Laersio Buranelli qalacaq. Baş məşqçi Joze Alesioya gəlincə, biz ona güclü komanda yaratmaq üçün 1-2 il vaxt verəcəyik".