"Neftçi" və AZAL-la danışıq aparırdım"
2 avqust 2014 00:01
Lixtenşteyn yığmasının və Türkiyənin "Qaziantep BB" klubunun futbolçusu Olcay Gür bəyan edib ki, onun karyerasını Azərbaycanda davam etdirmək istəyi baş tutmayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AZAL və "Neftçi" ilə danışıq aparırdım. Amma danışıqlar uzanınca anladım ki, bu mövsüm Azərbaycan çempionatında oynamağım alınmayacaq. Mümkündü ki, daha bir və ya iki mövsüm Türkiyədə oynadım. Ondan sonra Azərbaycan Premyer Liqasına gələ bilərəm".