Simurq yenə də uduzdu
2 avqust 2014 01:29
Avstriyada təlim-məşq toplanışında olan "Simurq" hazırlıq prosesi çərçivəsində daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu Səudiyyə Ərəbistanının "Əl-Sadd" klubu ilə qarşılaşıb.
Oyun ərəblərin qələbəsi ilə başa çatıb. "Simurq" bu oyunda 2:3 hesablı məğlubiyyətə üzülüb.
Xatırladaq ki, "Simurq" bundan öncə Xorvatiyanın "Lokomotiv" (3:3) və Albaniyanın "Teuta" (0:0) klubları ilə sülh bağlamış, İsrailin "Makkabi" (Hayfa) klubuna 0:2, Rusiyanın "Amkar" komandasına 1:4 hesabıyla uduzmuşdu.